YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya XİN: Azərbaycanda prezident seçkiləri bu ölkənin daxili işidir

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova erməni jurnalistin Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərə bilməsi barədə sualını şərh edərək bildirib ki, Azərbaycanda prezident seçkiləri bu ölkənin daxili işidir.

M.Zaxarova Azərbaycan tərəfinin seçkilərin vaxtının dəyişdirilməsinin motivlərini, səbəblərini və formatını artıq şərh etdiyini vurğulayaraq deyib: “Hesab edirəm ki, Azərbaycanda prezident seçkiləri bu suveren dövlətin daxili işidir. Seçkilərin vaxtının dəyişdirilməsinin motivləri, səbəbləri və formatı barədə şərhlər üçün ilk növbədə Azərbaycan tərəfinə müraciət etmək lazımdır. Artıq bu cür şərhlər səslənib”.