YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək

Bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirib.

“Keçən ilin sentyabrında “Əsrin kontraktı”nın 2050-ci ilə qədər uzadılması haqqında qərar verildi. Görün, bu kontraktın nə qədər böyük əhəmiyyəti var ki, artıq yarım əsrdən çox müddətdə Azərbaycan xalqına xidmət edəcəkdir”, - deyə dövlətimizin başçısı bildirib.

“Qeyd etdiyim kimi, “Azəri-Çıraq” yatağının istismarının uzadılması haqqında da tarixi qərar qəbul edilib. Ona görə bundan sonra da neft-qaz sektorunda Azərbaycan uğurla inkişaf edəcək. Ancaq yenə də deyirəm, gələcək fəaliyyətimiz üçün bu, bizdə bir rahatlıq hissi yaratmamalıdır. Biz fəal işləməliyik, qeyd etdiyim kimi, bu, sadəcə olaraq, bizim üçün əlavə maliyyə və siyasi resursdur”, - deyə ölkə başçısı qeyd edib.