YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Fevralın 8-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Komissiyanın 2017-ci il 15 noyabr və 2018-ci il 6 fevral tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişikliklər edilməsi məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq dəyişikliklər təsdiq edilib.

İclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində də dəyişikliklər edilib.

Beynəlxalq və xarici qurumların, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.