YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: YAP-ın cənab İlham Əliyevin namizədliyini irəli sürməsi xalqın istək və arzularını reallaşdırdı

“Yeni Azərbaycan Partiyasının VI Qurultayı möhtəşəm şəkildə baş tutdu. Bu tarixi tədbirdə 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edildi. Məhz, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə xalqın istəyinin rəsmiləşdirilməsi oldu. Çünki, İlham Əliyev təkcə 700 mindən çox üzvü olan YAP-ın deyil, ümumilikdə xalqın mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir və eyni zamanda, Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsi sosial sifariş idi”. Bu fikirləri yap.org.az saytına  YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyevə olan xalqın inamı, istəyi, onun növbəti dəfə də Prezident seçilməsini arzulamasının əsasında dövlət başçısının 15 il ərzində görüdüyü işlər, insanlara nümayiş etdirdiyi qayğı və diqqəti durur: “Prezident İlham Əliyevin son 15 ildəki fəaliyyətinin nitəcəsində iqtisadiyyatımız 3,2, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə artıb, sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7, qeyri-neft ixracında 4,1 dəfə artım olub. Valyuta ehtiyatlarımız 23 dəfə artaraq 42 milyard dollara bərabər olub. Ökə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, 1,9 milyon iş yeri yaradılıb, işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsinə enib. Bir sözlə, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sabitliyi və dimanik inkişafı qorunub saxlanılır. Məhz, bu səbəbdən də, Azərbaycan seçiciləri cənab İlham Əliyevi yenidən Prezident görmək istəyir. Elə buna görə də xüsusi olaraq qeyd etmək lazımdır ki, YAP 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində partiyanın sədri İlham Əliyevin namizədliyini irəli sürməsi ilə insanlarımızın istək və arzularını reallaşdırdı”.