YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Son 14 ildə qazanılan ən uğurlu nəticələrindən biri məhz sosial sfera ilə bağlıdır

«Azərbaycan sosialyönümlü dövlətdir. Son 14 ildə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin ən uğurlu nəticələrindən biri məhz sosial sfera ilə bağlıdır». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki,  Dövlət proqramları, aparılan islahatlar, reallaşdırılan mühüm tədbirlər son 14 ildə respublikada milli iqtisadiyyatın 3 dəfədən çox genişlənməsini, strateji valyuta ehtiyatlarının 23 dəfə artaraq 42 milyard dollara çatmasını, müasir sənaye quruculuğunu, aqrar sektorun istehsal və ixrac imkanlarının artmasını, milli sahibkarlar ordusunun güclənməsini təmin edib.

«Ölkənin iqtisadi gücünün artması, maliyyə imkanlarının genişlənməsi isə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində bilavasitə insanların rifah halının yaxşılaşdırılmasına, gəlir imkanlarının artırılmasına, hətta ən ucqar kəndlərdə belə əhalinin kommunal rahatlıqlarla təmin edilməsinə yönəldilib. Regionların dərin konseptual əsaslarla inkişaf etdirilməsi, ölkənin infrastruktur təminatının möhkəmləndirilməsi iqtisadi önəmi ilə yanaşı, həm də çox ciddi sosial mahiyyət daşıyır. İnsanlar ölkənin dinamik inkişafını bilavasitə yaşadıqları bölgələrdə, şəxsi həyatlarında hiss edirlər. Əlamətdar haldır ki, ölkəmiz bir sıra çətinliklərlə müşayiət olunan yeni şəraitdə də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Respublikada bütün sosial proqramlar uğurla yerinə yetirilir və yeni sosial təşəbbüslər irəli sürülür»-deyə, komitə sədri vurğulayıb.