YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Ölkəmizdə yeni iş yerlərinin yaradılması prosesi uğurla davam edir

«Azərbaycan dövlətinin sosialyönümlü iqtisadiyyat quruculuğuna və insanların layiqli iş yerləri ilə təmin edilməsinə xüsusi diqqət və qayğı göstərməsi öz müsbət nəticəsini verir». Bu fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

K.Əliyeva bildirib ki, son 14 ildə respublika üzrə 1,9 milyon yeni iş yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində ölkədə işsizliyin səviyyəsini 5 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. 

«Yeni iş yerlərinin yaradılması və insanların gəlir imkanlarının artırılması respublikamızda reallaşdırılan dərinməzmunlu sosial siyasətin əsaslarından birini  təşkil edir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında, işçi qüvvəsinin rəqabət qabiliyyətinin yüksəlməsində və əmək resurslarından ümumi iqtisadi inkişafa əsaslanan məqsədəuyğun istifadənin təmin olunmasında mühüm rol oynayır. Dövlət proqramlarına uyğun olaraq regionların tarazlı şəkildə inkişaf etdirilməsi, bölgələrin də iqtisadi güc amilinə çevrilməsi öz növbəsində çoxlu sayda yeni iş yerlərinin açılması ilə nəticələnib. Bu proses uğurla davam edir»-deyə, deputat qeyd edib.