YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq

Prezident İlham Əliyev yanvarın 31-də Azərbaycan kinosunun 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənətinin təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçdiyi və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazandığı qeyd olunur.

Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinosunun 2008–2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.

Sərəncama əsasən, Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.

 

DİGƏR Xəbərlər Arxiv