YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın birinci ongünlüyündə regiona səfər etməyi planlaşdırırlar

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin problemli məsələlər barədə mövqelərini dəqiqləşdirmək üçün fevralın birinci ongünlüyündə regiona səfər etməyi planlaşdırırlar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada keçirilən brifinqdə bildirib.

M.Zaxarova qeyd edib ki, Rusiya və ATƏT-in həmsədri olan digər ölkələr münaqişə zonasında gərginliyin azaldılması üçün fəal çıxış edirlər. 2016-cı ilin iyun ayında Sankt-Peterburqda Rusiya Prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünün xeyli hissəsi bu mövzuya həsr edilib.

RF XİN nümayəndəsi deyib: “Bu mövzu keçən il noyabr ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yerevana səfərləri zamanı da müzakirə olunub. ATƏT çərçivəsində müşahidəçilərin fəaliyyətini tənzimləyən sənədin bir neçə variantı hazırlanıb. Yanvarın 18-də Krakovda keçirilmiş görüşdə nazirlər vasitəçilər tərəfindən hazırlanmış yeni təkliflərlə prinsipcə razı olduqlarını bildiriblər. Yalnız bəzi texniki detallar qalıb. Tərəflər həmin detalları razılaşdırdıqdan sonra genişlənmə mexanizmi işə salınacaq”.

 

DİGƏR Xəbərlər Arxiv