YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Əhalinin sağlamlığı hər zaman dövlət başçısının xüsusi diqqət mərkəzindədir

«Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev proqram xarakterli çıxış etdi». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, dövlət proqramları nəticəsində bölgələrimiz hərtərəfli şəkildə inkişaf edir. Onun sözlərinə görə, ötən dövr ərzində regionlarda minlərlə sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilib.

«Konfransda dövlət başçısının vurğuladığı kimi, son 14 il ərzində respublikamızda  642 tibb müəssisəsi tikilib, yaxud təmir edilib. Qarşıdakı dövrdə də investisiya proqramına əsasən sosial infrastruktur quruculuğu davam etdiriləcək. Yeni tibb müəssisələri ən müasir standartlara cavab verir, zəruri texnologiyalarla təchiz edilir.  Bundan əlavə, cənab Prezidentin tapşırığı ilə hər il əhalinin pulsuz tibbi müayinəsi həyata keçirilir. Bütün bunlar bir daha təsdiq edir ki, əhalinin sağlamlığı hər zaman dövlət başçısının xüsusi diqqət mərkəzindədir»-deyə, M.Quliyev vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv