YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Regionların inkişafı həm də dayanıqlı iqtisdi inkişafı təmin edir

«Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilməyə başlamışdır. Keçən 14 il ərzində infrastruktur və iqtisadai baxımdan xeyli uğurlar əldə edilmişdir. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşmış, bu sahədə əsas problemlər həll olunmuşdur». Bu fikirləri yap.org.az saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq üzvü Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi baxımından infrastuktur baxımından müasir standartlar tələblərə tam cavab verir. Onun sözlərinə görə, iqtisadi cəhətdən isə keçən 14 il ərzində regionlarda ümumi məhsul buraxılışı 3.6 dəfə artmış, regionlar Azərbaycanda neft və təbi qaz hasilatı, neft məhsulları istehsalını nəzərə almasaq ümumi məhsul buraxılışında 42%, sənaye istehsalında isə 40% paya malikdir.

«Əgər 2003-ildə regionlar dövltət büdcəsinə 38 milyon manat vergi ödəyirdilərsə, hazırda bu rəqəm 600 milyon manat ətrafındadır. Sənaye məhəllərini yaradılması, kənd təsərrüfatı məhsulu istehsalnın və ixracının artması regionların iqtisadi inkişafda rolunu daha da artırmaqdadır. Müasir yanaşmalara görə regionların inkişafı inkluziv iqtisadi inkişafa əsas təsir edən amillərdən biridir. Azərbaycan regionların tarazlı şəkildə inkişafı ölkədə inkluziv inkişafa gətirib çıxartmışdır ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklusiv inkifav indeksinin müəyyən olunmasına öz təsirini göstərmiş və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə çıxmışdır. Azərbaycan Prezidenti 2017-ci ildə Prezidentin Ehtiyat Fondunun 80%-ə yaxın hissəsini məhs regionların inkişafına yönəltmişdir.

Regionların inkişafı həm də dayanıqlı iqtisdi inkişafı təmin edir. Hazırda regional iqtisadi siyasətin əsas hədəfləri regionlarda iqtisdi aktivliyin artırılması, regionlara daxili və xarici sərmayələrin cəlb olunması, texnologiyaların tətbiq olunması, istehsal və ixrac imkanlarının artırılmasıdır. Ölkə başçısı bu hədəfləri müəyyən etdi, yeni dövlət dəstək proqramının olacağını elan etdi. Düşünürəm ki, getdikcə regionların iqtisadi cəhətdən daha da inkişafının və iqtisadiyyata payının daha da artmasının şahidi olacağıq»-deyə, komitə üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv