YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Ölkəmizdə nail olunan inkişaf düzgün iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir

«Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konseptlərini təşkil edib. Son 14 ildə həyata keçirilən davamlı siyasi konsepsiya ölkəmizin yeni iqtisadi model yaratmasına gətirib çıxarıb. Bu gün Azərbaycan dövləti istər dayanıqlı iqtisadiyyatına, istərsə də regionların qısa zaman akəsiyində böyük inkişafına görə dünyaya yeni bir model təqdim edir. Prezident İlham Əliyevin müəllifi olduğu bu iqtisadi model Azərbaycanın son illərdə davamlı sıçrayışlı inkişafını təmin edib və yeni nailiyyətlərə zəmin yaradıb». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin sədriliyi ilə keçirilən «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransla bağlı söyləyib.

Millət vəkili qeyd edib ki, ötən 14 ildə icra olunan Dövlət proqramları bölgələrimizin sosial-iqtisadi inkişafında əsaslı rol oynamaqla yanaşı, Azərbaycanın geniş bir regionda iqtisadi aktora çevrilməsinə də əhəmiyyətli təsir göstərib. Onun sözlərinə görə, regionların inkişafı Azərbaycanın iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir: «Bunu Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları ilə bağlı statistikada da görmək mümkündür. Cənab Prezidentimiz adıçkilən konfransda çıxışında bildirdi ki, ötən on dörd il ərzində iqtisadiyyatımız 3,2 dəfə artıb. Qeyri-neft  iqtisadiyyatımız isə 2,8 dəfə yüksəlib. Sənaye sahəsində 2,6 dəfə, kənd təsərrüfatında 1,7 dəfə artım var. Qeyri-neft ixracımız 4,1 dəfə artıb. Bu onu göstərir ki, ölkəmizdə nail olunan inkişaf düzgün qurulmuş iqtisadi siyasətin nəticəsi kimi dəyərləndirilməlidir. İnvestisiyaların tam yarısının daxili sərmayənin təşkil etməsi bir daha göstərir ki, ölkəmizdə bu sahədə münbit şərait yaradılıb. Adambaşına düşən sərmayənin miqdarına görə Azərbaycan dünyada liderdir. Yeni investisiyalar, yeni sənaye və iaşə obyektlərinin tikilib istifadəyə verilməsi isə ölkədə işsizliyin aradan qaldırılması yönündə aparılan siyasətə böyük tövhədir».

DİGƏR Xəbərlər Arxiv