YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya tam işə başlayacaq

Hazırda Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazası yaradılır, strukturu formalaşdırılır. Bununla bağlı müvafiq nazirliklərlə iş aparılır.

Bu barədə agentliyin sədri Qoşqar Təhməzli deyib.

"Azərbaycanda qida təhlükəsizliyi haqqında qanun olmadığı üçün bəzi mövcud qanunlara müvafiq uyğunlaşdırmalar aparılır. Bir neçə aya hüquqi baza yarandıqdan sonda agentlik tam işə başlayacaq. Hazırda agentliyin iş prinsipləri Avropa İttifaqı və qurumun ekspertləri ilə işlənilir", - deyə Q.Təhməzli qeyd edib.