YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Məcburi köçkünlər inanırlar ki, dövlət başçısının qətiyyətli siyasəti nəticəsində doğma torpaqlara qayıdacaqlar

«Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəratinin yaxşılaşdırılmasını özünün əsas fəaliyyət prinsiplərindən biri hesab edir». Bu fikri Milli Məclisin deputatı İmamverdi İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, bu məsələ hökumətin daim diqət mərkəzindədir. Onun sözlərinə görə, indiyə qədər on minlərlə məcburi köçkün ailəsi yeni inşa edilmiş qəsəbələrdə mənzillərlə təmin ediliblər.

«Məcburi köçkünlər üçün salınmış qəsəbə və şəhərciklər yüksək standartlara cavab verir. Prezident İlham Əliyev tapşırığı ilə bu yöndə işlər davam etdirilir.  Görülən bütün işlər əhalinin sosial rifahının daha da yaxşılaşmasına yönəlib. Bu baxımdan, qaçqın və məcburi köçkünlərin də sosial müdafiəsi gücləndirilir. Bu il ərzində də çətin şəriatdə yaşayan köçkünlər yeni mənzillərlə təmin ediləcək. Bu insanlar dövlətimizin qayğısını yüksək qiymətləndirirlər və öz torpaqlarına qayıtmaq arzusundadırlar. Məcburi köçkünlər inanırlar ki, dövlət başçısının qətiyyətli siyasəti nəticəsində doğma torpaqlara qayıdacaqlar»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv