YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aytən Mustafazadə: Azərbaycanda bütün azadlıqlar təmin olunub

«Davos İqtisadi Forumu ölkəmizin inkişafını  dünyaya təqdim etmək üçün çox önəmli bir platformadır». Bu fikri Milli Məclisin deputatı  Aytən Mustafazadə deyib.

A.Mustafazadə bildirib ki, Davos İqtisadi Forumunda dünya liderləri toplaşaraq vacib məsələlər barədə fikir mübadiləsi apardılar. Onun sözlərinə görə, Forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin iinkişafı, iqtisadi, eləcə də enerji layihələri haqqında mükəmməl çıxış etdi.

«Ölkəmiz ötən illər ərzində iqtisadiyyatın şaxələndirilməsi yönündə qazanılan nailiyyətlər nəticəsində uğurlu inkişaf edir. Bununla yanaşı, dövlətimizin başçısı Davosda demokratik inkişaf haqqında da fikirlərini bildirib. Cənab Prezidentin vurğuladığı kimi Azərbaycanda bütün azadlıqlar təmin olunub. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Media tam azaddır. Elcə də, ölkəmizdə insan hüquq və azadlıqları tam təmin edilib, hər kəs qanun qarşısında bərabərdir. Azərbaycan demokratiya yolu ilə inamla irəli gedir»-deyə, deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv