YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ramin Məmmədov: Azərbaycan gəncləri ölkəmizi xaricdə layiqincə təmsil edirlər

«Azərbaycan gəncləri ölkəmizi xaricdə layiqincə təmsil edirlər». Bu fikri yap.org.az saytına YAP Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Ramin Məmmədov deyib.

R.Məmmədov bildirib ki, dövlətimizin uğurlu siyasəti gənclərimizin bütün sahələr üzrə yüksək nəticələr əldə edilməsi ilə müşaiyət olunur. Onun sözlərinə görə,  təhsildə uğurlar qazananlar xaricdə nüfuzlu ali məktəblərdə təhsillərini davam etdirirlər.

«Bu sahədə nailiyyətlər qazanan gənclər arasında YAP üzvləri də böyük təşkil edir. Biz sevinirik ki, onlar belə bir uğurlar qazanırlar. Hesab edirik ki, həmin gənclər təhsil aldıqları ölkələrdə yüksək biliklər qazanmaqla yanaşı, Azərbaycanı layiqincə təmsil etməli, Qarabağ həqiqətlərini cəmiyyətə çatdırmalıdırlar»- deyə, R.Məmmədov vurğulayıb.  

 

DİGƏR Xəbərlər Arxiv