YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq olduqca vacibdir.

Bunu Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti ilə görüşdən sonra jurnalistlərə deyib.

Fransa prezidenti bildirib ki, Fransa Rusiya və ABŞ-la birgə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazırdır: "Fransa öz qərəzsiz vasitəçi missiyasına sadiqdir. Biz rusiyalı və amerikalı tərəfdaşlarımız ilə birgə bu münaqişənin həllinə yardım edə biləcək istənilən təşəbbüsə getməyə hazırıq".

E.Makron qeyd edib: "Mən bilirəm ki, sülhün təbliği son dərəcə çətindir və arzu edirəm ki, görüşlər konkret nəticə versin".

Dövlər başçısı Azərbaycan və Ermənistan prezidetləri arasında Cenevrə görüşü, həmçinin bu yaxınlarda Krakovda xarici işər nazirləri səviyyəsində görüşün əhəmiyyətini vurğulayıb.