YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər

Yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb.

İlk birbaşa aviareysin açılışında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteri "Buta Airways"in birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk şəhər olub. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.

 

DİGƏR Xəbərlər Arxiv