YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəhruz Quliyev: Azərbaycan mediası qlobal informasiya məkanında kifayət qədər potensiala malikdir

«Azərbaycanda yeni innovativ texnologiyaların yaradılması, xüsusilə kosmos sənayesinin inkişafı, iki peykimizin orbitə göndərilməsi sübut edir ki, ölkəmiz bu sahədə də inkişaf prosesini tam sürətlə həyata keçirməkdədir». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki,  Azərbaycan bu tərəqqisi ilə nəinki regionumuza, bütövlükdə dünyaya öz töhfəsini vermiş oldu. O cümlədən, həmin uğurların göstəricisidir ki, Azərbaycanın kütləvi informasiya vasitələri, həmçinin elektron media vasitələri bunun nəticəsində sürətli inkişaf tempini saxlamaqdadır.

«Nəzərə alaq ki, dünya artıq bir dildə - internet dilində danışır. Yəni, biz, internet əsrində yaşayırıq. Hər kəs qlobal informasiya məkanında vətəndaş jurnalistikasına uyğun olaraq, beynəlxalq ictimai proseslərə qatılmaq şansı əldə edib. Bu baxımdan, Azərbaycanda internet azadlığı internet üzərindən yayımlanan resurslar da öz töhfəsini verib.  Düşünürəm ki, Azərbaycan mediası qlobal informasiya məkanında kifayət qədər potensiala malik olaraq, öz liderliyini qoruyub-saxlayacaq, inkişaf edəcəkdir»- deyə, B.Quliyev vurğulayıb.  

 

DİGƏR Xəbərlər Arxiv