YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: 2017-ci il Azərbaycan idmançıları üçün də uğurlu bir il oldu

«Ötən il Azərbaycan idmançıları üçün də uğurlu bir il olmuşdur. İlk növbədə idmançılarımızın  IV İslam Həmrəyliyi Oyunlarındakı tarixi qələbəsini qeyd etmək lazımdır». Bu fikri Milli Məclisin deputatı, AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, 2017-ci il şahmatçılarımız üçün xüsusilə uğurlu olmuşdur. Azərbaycan şahmatçıları ötən il növbəti tarixi uğura imza atmışlar. Milli komandamız 3-cü dəfə Avropa çempionatının qalibi olmuşlar. Bu dəfə şahmatda, intellektual idman növündə qazanılmış bu qələbə xüsusi əhəmiyyət kəsb edir. Bu qələbə Azərbaycan xalqının istedadına, intellektinə əsaslanan qələbədir.

  «2017-ci il futbolçularımız üçün də uğurlu oldu. “Qarabağ” Futbol Klubu Avropa Çempionlar Liqasının qrup mərhələsinə çıxmaqla tarixi uğura imza atdı. Ötən il eyni zamanda müxtəlif idman növləri üzrə Azərbaycan idmançılarının müxtəlif səviyyələrdə keçirilən çempionatlarda əldə etdikləri qələbələrlə yadda qalacaqdır. Bir sözlə Azərbaycan idmançıları Azərbaycanın artıq bir “İdman” dövlətinə çevrildiyini sübut ediblər»- deyə, R.Əliyev qeyd edib.