YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Xarici İşlər Nazirliyində yeni səfirlərin etimadnamələrinin surətləri qəbul edilib

Bosniya və Herseqovina (mənzil-qərargahı Ankara), Monqolustanın (mənzil-qərargahı Ankara), Nigeriyanın (mənzil-qərargahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil-qərargahı Moskva) Azərbaycan Respublikasında akkreditə olunmuş yeni səfirləri etimadnamələrinin surətlərini Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadəyə təqdim ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.