YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malkolm Honlayn: Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü digər ölkələrin liderləri üçün nümunədir

Prezident İlham Əliyevin İslam həmrəyliyi təşəbbüsü digər ölkələrin liderləri üçün nümunədir. Dövlət başçısının 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi həm müsəlman ölkələri, həm də Avropa ölkələri, bütövlükdə bütün dünya üçün önəmli mesajdır.

Bu sözləri Amerika Yəhudi Təşkilatları Prezidentləri Konfransının icraçı direktoru Malkolm Honlayn deyib.

Malkolm Honlayn bildirib ki, Azərbaycanda bütün xalqların, dinlərin, o cümlədən yəhudi icmasının nümayəndələrinin sülh və firavanlıq şəraitində yaşaması üçün hər cür şərait yaradılıb.

İcraçı direktor deyib: “Biz sülh üçün birgə çalışmalıyıq. İnkişaf yalnız birlik və sülh şəraitində mümkündür. Bu baxımdan Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans mühüm önəm kəsb edir. Konfransda din və elm xadimlərinin bir araya gələrək bu məsələləri müzakirə etməsi mühüm əhəmiyyət kəsb edir. Dialoq çox vacibdir. Biz daim axtarışda olduğumuz “Bizi bir-birimizdən nə ayırır” sualına cavab tapmağa çalışırıq. Biz öz adət-ənənələrimizi, dəyərlərimizi təbliğ etməklə bərabər müxtəlifliyi qəbul etməyi də öyrənməliyik. Bu baxımdan Azərbaycan böyük uğurlar əldə edib”.