YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yavər Camalov: Türkiyə və daha bir neçə ölkə ilə layihələr həyata keçirmək niyyətindəyik

Hazırda İsrail şirkəti ilə birgə müəssisə yaratmışıq, Müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal edirik. Türkiyənin “Aselsan” şirkəti ilə bir neçə istiqamətdə danışıqlar aparırıq. Artıq “Alov” zavodunda servis xidmətinin yaradılması ilə bağlı qərar qəbul edilib. 2018-ci ildə Türkiyənin bir sıra şirkətləri ilə və digər ölkələrin müvafiq qurumları ilə layihələr həyata keçirmək niyyətindəyik.

Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə müsahibəsində bildirib.

Nazir deyib ki, bu layihələr sırasında 23 millimetrlik snayper tüfəngini yaradıb silahlanmaya daxil etmək var. Bundan əlavə, düşmənin pilotsuz uçuş aparatlarının endirmək üçün cihazların hazırlanması istiqamətində işlər gedir. Eyni zamanda, idarə olunmayan aviasiya bombalarının idarə olunan variantına gətirilməsi ilə bağlı layihələr də həyata keçiriləcək.

“Kumilyativ başlıqlı pilotsuz uçuş aparatlarının ilkin sınaqlarına başlamışıq. Bu, düşmənin həm canlı qüvvəsini, həm də hərbi texnikasını məhvetmə qabiliyyətinə malik olacaq, özü müəyyənləşdirib özü də məhv edəcək. Digər tərəfdən elektro impulslu silahların yaradılması istiqamətində də bir sıra ölkələrlə danışıqlar gedir. Artıq bu işlərin icrasına başlamışıq”, - deyə nazir qeyd edib.