YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Ölkəmizdə sosial xidmət sistemi modernləşir

«Ölkəmizdə sosial xidmət sistemi  modernləşir». Bu fikri yap.org.az saytına müsahibəsində YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ehtiyacı olanlara xidmət artır, bu yöndə müəssisələr, qocalar evi, əlillər evi, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün evlər tkilib istifadəyə verilir. Və bu müəssisisələr müasir səviyyədə qurulur. Artıq bu yöndə ilk sığınacaqlar da açılıb. Ümumiyyətlə, bu məsələ həm dövlətin, həm də Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.

«Rəsmi məlumatlarda da bildirilir ki, ölkədə sosial xidmətlər sisteminin əhatə dairəsi getdikcə genişlənir. Hazırda “Sosial xidmət haqqında” Qanuna əsasən xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti və onlara qulluq göstərə biləcək əmək qabiliyyətli qohumları olmayanlar, sağlamlıq imkanları məhdud uşaqlar, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar, yaşayış yeri olmayanlar və digər qruplarla yanaşı, məişət zorakılığından zərər çəkənlər də sosial xidmətlərlə təmin edilirlər»-deyə, M.Quliyev vurğulayıb.