YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə Qazaxıstan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Qardaş Qazaxıstan dövlətçiliyin möhkəmləndirilməsində, sosial-iqtisadi və humanitar sahələrdə mühüm uğurlar qazanmış, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilmişdir.

İnanıram ki, ortaq tarixi keçmişə və milli-mənəvi dəyərlərə malik xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Qazaxıstan dövlətlərarası münasibətləri, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dostluq və tərəfdaşlığımız bundan sonra da birgə səylərimizlə inkişaf edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqına daim sülh və rifah diləyirəm.”