YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistana beynəlxalq səviyyədə təzyiq olunsa, qısa zamanda razılaşmaya məcbur olacaq

«Hazırda Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində diplomatik fəallıq müşahidə olunur». Bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu yaxınlarda xarici işlər nazirlərinin görüşü, həmsədrlərin məsləhətləşmələr aparması və digər hadisələr fəallaşmanı göstərir. Millət vəkilinin fikrincə, bu danışıqlar nəticə verməlidir.

«Əvvəlki illərdə də biz danışıqlar prosesinin xeyli fəallaşdığını müşahidə etmişik. Amma işğalçı Ermənistanın qeyri-konstruktivliyi nəticəsində hər dəfə proses pozulub. Bir reallıq qəbul olunmalıdır ki, münaqişənin  həlli üçün Ermənistana mütləq şəkildə təzyiq olunmalıdır. Həmsdərlər ilk olaraq öz funksiylarını yerinə yetirməlidirlər. Onların əsas vəzifələri isə münaqişənin beynəlxalq hüquq normaların uyğun olaraq həll olunmasıdır. Əgər ermən tərəfi beynəlxalq hüquq normalarına əməl etmirsə, təzyiq edilməli, sanksiyalar tətbiq olunmalıdır. Belə olan halda, onlar qısa zamanda razılaşmaya məcbur olacaq»-deyə, deputat vurğulayıb.