YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynalı deputat: “Expo-2025”in Bakıda keçirilməsi üçün Azərbaycan böyük təcrübəyə malikdir

Azərbaycan son illər nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilib. Ölkənin iqtisadi inkişafı, ictimai-siyasi sabitliyi Bakıda “Expo-2025” sərgisinin keçirilməsinə böyük stimul verir.

Bu fikri Ukrayna Ali Radasının deputatı Natalya Veselyova deyib.

Ukraynalı deputat bildirib ki, Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər uğurla həyata keçirilib və bu ənənə davam etdirilir. Ona görə də Bakının “Expo-2025” sərgisinə iddiası məntiqlidir.

“Azərbaycan bu məsələdə Yaponiya, Fransa və Rusiya kimi ölkələrlə rəqabətə giribsə, demək “Expo-2025” sərgisinin Bakıda keçirilməsinə daha istəkli görünür və bunun üçün də böyük təcrübəyə malikdir. Ümid edirəm ki, Azərbaycan bu məsələdə böyük dəstəyini alacaq”, - deyə Ukrayna Ali Radasının deputatı əlavə edib.

Qeyd edək ki, “Expo-2025” sərgisinə ev sahibliyi edəcək şəhər 2018-ci ilin noyabrında müəyyənləşəcək.