Xəbərlər
Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir
Noyabrın 29-da Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüz Azərbaycan Respublikasına səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində ordu generalı H.Küçükakyüzün nazirlikdə bir sıra görüşləri planlaşdırılır. Görüşlərdə iki ölkənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.
Səfər dekabrın1-dək davam edəcək.