YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: NATO Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

«Dövlətimizin  xarici siyasətində beynəlxalq təşkilatlarla münasibətlərin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.  Bu siyasətin nəticəsi olaraq Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının - BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. O cümlədən, beynəlxalq təhlükəsizlik strukturları ilə əməkdaşlıq da aparıcı xətt təşkil edir. Bu istiqamətdə NATO ilə əlaqələr xüsusilə qeyd olunmalıdır». Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, noyabrın 23-də Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı  NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan-NATO əlaqələri ölkəmizin Avratlantik strukturlara inteqrasiyasının tərkib hissələrindən biridir. Bu əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" Proqramına qoşulması ilə başladı.

«1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın hərbi bölmələri bu müddətdə NATO qüvvələri tərkibində keçirilən sülhyaratma missiyasında yaxından iştirak edir. Bu o deməkdir ki, Azərbaycan regional müstəvi ilə yanaşı, qlobal miqyasda da təhlükəsizliyə töhfə verən ölkədir. Öz növbəsində NATO rəsmiləri münaqişə ocaqlarının söndürülməsində qlobal planda sülh və sabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirirlər. Bu fikri görüş zamanı  NATO-nun baş katibi Yens Stoltenberq bir daha səsləndirib və Azərbaycanın verdiyi töhfələr yüksək qiymətləndirib.  Dövlətimizin başçısı da Azərbaycan ilə NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Prezident İlham Əliyev Brüsselə səfəri çərçivəsində Ermənistanın işğalçılıq siyasəti, bu ölkənin BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dörd qətnaməsini yerinə yetirmədiyini bildirib. Dövlətimizin başçısı bir daha vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bütövlükdə bu səfər onu göstərir ki, NATO Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir»-deyə, S.Fətəliyeva vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv