YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Budaqov: Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində konkret addımlar atılıb

Azərbaycan milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində konkret addımlar atılıb.

Bu barədə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Komitə sədri qeyd edib ki, “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin məqsədi Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasından ibarətdir. İki ildir ki, davam edən layihə çərçivəsində Avropa İttifaqı ölkələrinin onlarla ekspertləri Azərbaycana səfər edib və komitənin əməkdaşları ilə birgə çalışıblar. İki illik əməkdaşlığın nəticəsi olaraq Azərbaycan milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində konkret addımlar atılıb. Eyni zamanda, layihə çərçivəsində Statistika Komitəsinin 50-dən çox mütəxəssisi Avropa İttifaqı ölkələrinə ezam olunub və əyani təcrübə keçiblər.

“Layihənin əsas məqsədi statistik keyfiyyətin idarə olunması sisteminin və coğrafi informasiya sistemi vasitəsilə statistik məlumatların yayılmasının təkmilləşdirilməsi, əhalinin gəlirləri və həyat şəraiti, əlillik, turizm sahələrində rəsmi statistikanın Avropa standartlarına uyğunlaşdırılmasından ibarət olub”, - deyə Tahir Budaqov qeyd edib.