Xəbərlər
Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər edəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Rusiyaya işgüzar səfər edəcək.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, səfər əsnasında nazir Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada görüşü nəzərdə tutulub.
H.Hacıyev deyib ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov noyabrın 20-də Azərbaycana səfər edəcək.