YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Pirallahıda tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının "Neft Daşları" NQÇİ ərazi ilk partiya təşkilatında tədbir keçirilib.

“Neft Daşları” ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov tədbiri giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyasının yaranma zərurətindən, keçdiyi inkişaf yolundan geniş bəhs edib.

O deyib ki, tarixi zərurət nəticəsində yaranan YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə çox geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. Bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirir.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş verdi.

Sonda "Neft Daşları" ərazi ilk partiya təşkilatının idarə heyətinin qərarı ilə partiyaya yeni üzvlərin namizədliyi irəli sürülüb.