YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanın demokratik dəyərlərə sadiq dövlətdir

«Azərbaycanın demokratik dəyərlərə sadiq dövlətdir». Bu fikri Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, ölkəmiz demokratiya yolunda inamla irəliləyir. Onun sözlərinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunub.

«Prezident İlham Əliyevin bildirdiyi kimi bu yol dövlətimizin, xalqımızın seçdiyi inkişaf yoludur. Bu siyasəti kiminsə xoşuna gəlmək üçün aparmırıq. Azərbaycanın müstəqil siyasət həyata keçirməsini, uğurlu inkişafını gözü götürməyən beynəlxalq dairələr müxtəlif bəhanələrlə ölkəmizin nüfuzuna zərbə vurmağa çalışır. Amma nəzərə almalıdırlar ki, Heç bir qərəzli, ədalətsiz yanaşma, heç bir qarayaxma və şər kampaniyası, heç bir bədxah təzyiq Azərbaycanı bu doğru yolundan döndərə bilməz. Azərbaycan bütün təzyiqlərə və yaradılan maneələrə baxmayaraq, seçdiyi demokratik inkişaf yolundan heç vaxt dönməyəcək»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv