YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kubanın ölkəmizdəki səfiri gənclərə «Beynəlxalq əlaqələr və diplomatiya» mövzusunda təlim keçib

Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo gənclər üçün ”Beynəlxalq əlaqələr və diplomatiya" mövzusunda təlim keçib.

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov rəhbərlik etdiyi təşkilat haqında diplomata  məlumat verib. O, Azərbaycan və Kuba arasında diplomatik münasibətlərin Ulu öndər Heydər Əliyev tərəfindən təməlinin qoyulması, ötən müddət ərzində iki ölkə arasındakı əlaqələrin inkişaf etdiyini vurğulayıb.

Səfir Alfredo Nieves Portuondo isə Kubanın Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə ciddi maraq göstərdiyini deyib. YAP Gənclər Birliyinin ofisində ilk dəfə olduğunu bildirən səfir Azərbaycan gənclərinin hərtərəfli inkişafının böyük məmnunluq doğurduğunu qeyd edib, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində YAP ilə əlaqələrin inkişafı istiqamətində səyini əsirgəməyəcəyini vurğulayıb.

Tədbirdə  əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da genişləndirilməsinin zəruriliyi qeyd edilib.

Sonda səfir "Beynəlxalq əlaqələr və diplomatiya" mövzusunda təlim keçib, təlimdə gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 60-dan çox gənc iştirak edib.

DİGƏR Xəbərlər Arxiv