YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Azərbaycanın 20% torpaqları işğal olunmasaydı, sosial-iqtisadi nailiyyətlər daha yüksək olardı

Azərbaycanın 20% torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı olmasaydı, 1 milyondan artıq insan xüsusi qayğıya və sosial müdafiəyə ehtiyacı olan qaçqın və məcburi köçkünə çevrilməsəydi, əldə edilmiş sosial-iqtisadi nailiyyətlər daha yüksək olardı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə nazir Səlim Müslümov İstanbulda Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında çıxışı zamanı deyib.

Nazir BƏT-in Baş direktoru Qay Rayderin sosial inkişafın dəstəklənməsinə və layiqli əmək konsepsiyasının reallaşdırılmasına yönəlmiş məsələləri əhatə edən məruzəsinin Təşkilatın hazırkı və gələcək fəaliyyətinin başlıca mövqeyini bir daha təsdiqlədiyini vurğulayıb.

S.Müslümov bildirib ki, tarix cəmiyyətin və tərəqqinin inkişaf səviyyəsinin bəşəriyyətin öz gələcəyi konsepsiyasını düzgün formalaşdırması bacarığından asılı olduğunu göstərir. Qloballaşan dünyada ictimai inkişafın müasir mərhələsi sosial münasibətlərin, elmin və texnikanın sürətli inkişafı ilə səciyyələnir. Dəyişikliklər prosesi elə sürətlə və elə miqyasda baş verir ki, bu əmək sferasının transformasiyasına səbəb olur.