YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji Yol Xəritəsi: Maliyyə xidmətlərinin inkişafına dair tədbirlərin 4 faizi icra olunub, 50 faizinin icrasına başlanılıb

"Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 4 faizi icra olunub, 50 faizinin icrasına başlanılıb.

Bu barədə "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında məlumat verilib.

Sənəddə qeyd edilib ki, dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması üzrə tədbirlərin 7 faizi icra olunub, 57 faizinin icrasına başlanılıb, maliyyə bazarlarının inkişafı üzrə tədbirlərin 8 faizi icra olunub, 62 faizinin icrasına başlanılıb, infrastrukturun gücləndirilməsi üzrə tədbirlərin 20 faizinin, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə tədbirlərin 31 faizinin icrasına başlanılıb.

Qeyd edək ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin monitorinq və qiymətləndirmələri hər yarım ildən bir təqdim olunur. İlin sonunda Strateji Yol xəritələrinin icrası üzrə illik monitorinq və qiymətləndirmə nəticələri təqdim ediləcək.

DİGƏR Xəbərlər Arxiv