YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kiyevdə “Salam Azərbaycan” adlı açıq qapı günü keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyi “Salam Azərbaycan” adlı açıq qapı günü keçirib.

Səfirliyin ərazisindəki ümummilli lider Heydər Əliyev adına parkda təşkil olunan tədbirdə şəhər sakinləri və qonaqları üçün Azərbaycan mədəniyyəti və mətbəxi təbliğ edilib. Xarici ölkələrin diplomatları, Ukrayna Ali Radasının deputatları, siyasətçilər, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və jurnalistlərin iştirak etdikləri tədbirdə Azərbaycanın milli yeməkləri olan dolma, plov, dovğa və s. təqdim olunub. Qonaqlar, həmçinin milli musiqi alətimiz olan tarın müşayiəti ilə muğamımıza qulaq asıblar.

Tədbirdə çıxış edən səfir Azər Xudiyev bildirib ki, bu yaxınlarda səfirlik tərəfindən helloazerbaijan.com.ua saytı yaradılacaq.

Saytın yaradılmasında məqsəd Azərbaycan mədəniyyətini, milli mətbəxini, ölkəmizin sosial həyatını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə tanıtmaqdır. Hazırda isə saytın aktivləşdirilməsi üçün texniki işlər həyata keçirilir. Səfir qeyd edib ki, Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə digərlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri dünyada məşhurdur.

“Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında qədim köklərə malik Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğatının aparılması üçün dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir”, - deyə A.Xudiyev əlavə edib.

DİGƏR Xəbərlər Arxiv