YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Təzyiqlərin arxasında Azərbaycanın artan iqtisadi, siyasi və hərbi gücü, müstəqilliyi durur

«Avropa Şurası Azərbaycana açıq təzyiqlər etməyə çalışır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki,  bu təzyiqlər Azərbaycanın müstəqil siyasəti və  inkişafı ilə bağlıdır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil, ədalətli daxili və xarici siyasəti bəzi Qərb dairələrində, o cümlədən AŞ-da qıcıq doğurur.

«Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı prinsipial siyasət müəyyən beynəlxalq dairələri narahat edir. Ona görə də müxtəlif bəhanələrlə Azərbaycana təzyiq etmək istəyirlər. Bu təzyiqlərin arxasında Azərbaycanın artan iqtisadi, siyasi və hərbi gücü, müstəqilliyi durur. Beynəlxalq güclər istəyirlər ki, digər dövlətlər onlarla hesablaşsınlar və tapşırıqlarına uyğun siyasət aparsınlar. Amma Azərbaycan heç zaman kimlərinsə tapşırıqlarına uyğun siyasət yürütmür və dövlətimiz müstəqil siyasətindən heç zaman dönməyəcək»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv