YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim İbrahimov: Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub

«Avropada Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın yaşadıqları ölkələrin siyasi həyatında daha fəal iştirakı üçün diaspor təşkilatlarının üzərinə böyük məsuliyyət düşür». Bu fikri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. 

N.İbrahimov bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttə uyğun olaraq Prezident İlham Əliyev diaspor quruculuğu işinə xüsusi diqqət və qayğı göstərir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulmasının, diasporun formalaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən N.İbrahimov qeyd edib ki, Prezident İlham Əliyev Ulu öndərin siyasətini uğurla davam etdirərək diasporumuzun təşkilatlanması, inkişafı, Azərbaycan ilə əlaqələrinin gücləndirilməsi üçün daim yüksək diqqət və qayğı göstərir.

«Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarımıza hər zaman dayaq olub və bundan sonra da dəstəyini əsirgəməyəcək»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.