YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın Yunanıstan və Albaniya hissəsində işlərin 60 faizi tamamlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Yunanıstan və Albaniya hissəsində boruların təxminən 60 faizi qaynaq edilib.

Bu barədə TAP-ın “twitter” səhifəsində məlumat verilir. Bildirilir ki, boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində 458 kilometr boru qaynaq olunub.

Xatırladaq ki, avqustun əvvəlinə Yunanıstanda TAP kəməri marşrutu üzrə 375 kilometr ərazi təmizlənib, təxminən 347 kilometr borular xətt boyunca düzülüb. Boruların 316 kilometri qaynaq edilib. 229 kilometr borular isə qaynaqlandıqdan sonra torpaq altına basdırılıb. Xətt boyunca 133 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.

İndiyədək Albaniyada TAP-ın inşası üzrə 133 kilometr ərazi təmizlənib, 127 kilometr məsafədə borular xətt boyunca düzülüb. Boruların 118 kilometri qaynaq edilib. Təxminən 99 kilometr boru isə qaynaq edildikdən sonra torpaq altına basdırılıb. Xətt boyunca 59 kilometr sahə isə tamamilə əvvəlki vəziyyətinə gətirilib.

TAP-ın 550 kilometrlik Yunanıstan hissəsinin tikintisi üçün lazım olan 32 min borunun təqribən 78 faizi, 215 kilometrdən çox Albaniya hissəsinin inşasında istifadə ediləcək 13 min borunun isə hamısı limanlara çatdırılıb. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində marşrut boyunca sahənin 507 kilometrdən çoxu, təxminən 67 faizi təmizlənib. Bundan əlavə, TAP-ın inşası çərçivəsində boruların təxminən 57 faizi qaynaq edilib və boruların təqribən 43 faizi isə xəndəyə endirilib.

DİGƏR Xəbərlər Arxiv