YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ generalı Əfqanıstandakı əməliyyatlarda vacib roluna görə Azərbaycana təşəkkür edib

ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəhbəri, general Cozef Danford ABŞ Konqresinin Nümayəndələr Palatasında Müdafiə Nazirliyinin büdcəsi barədə dinləmələr zamanı ABŞ-ın Əfqanıstandakı əməliyyatlarında Azərbaycanın böyük rolunu qeyd edib.

Trend bu barədə Pentaqona istinadən məlumat verir.

Deputatlardan birinin Əfqanıstandakı əməliyyatlarda ABŞ-ın müttəfiqi kimi Azərbaycanın rolu barədə sualına cavab verən C.Danford qeyd edib ki, fevral ayında o, Azərbaycana səfər edib və burada ölkə rəhbərliyi ilə görüşüb.

O, Əfqanıstana göstərilən köməyə görə Azərbaycana minnətdarlığını bildirib və ABŞ-ın əməliyyatları üçün Azərbaycandan keçən marşrutun vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, bu gün Vaşinqton Əfqanıstanda əməliyyatların həyata keçirilməsi üçün Azərbaycandan keçən marşrutun genişləndirilməsinə ehtiyac duymur.

DİGƏR Xəbərlər Arxiv