Xəbərlər
Azərbaycan hərbçiləri “Qafqaz Qartalı” təlimində iştirak edir
Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Tbilisi şəhərində üç ölkənin xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı” birgə təlimi keçirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kontingentinin də iştirak etdiyi təlim iyunun 14-dək davam edəcək.