YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahjouba Belayfa: Azərbaycan qlobal təbii qaz bazarının iştirakçılarından birinə çevrilir

Azərbaycan bu gün həyata keçirdiyi layihələr ilə qlobal təbii qaz bazarının mühüm iştirakçılarından birinə çevrilir.

Bunu iyunun 1-də Bakıda işə başlayan XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) qaz bazarının təhlili departamentinin rəhbəri Mahjouba Belayfa deyib.

O qeyd edib ki, "Şahdəniz-2" qazının Avropaya nəql edilməsi ilə Azərbaycan qitənin qaz bazarında yeni mənbə yaradacaq. Bu layihələr həm də Avropanın enerji infrastrukturunun şaxələndirilməsinə töhfə verəcək.