YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Respublikamızda yeni iş yerləri yaradılmaqla yanaşı, işçilərin hüquqlarının qorunması da diqqət mərkəzindədir

«Son illər Azərbaycanda bir sıra iqtisadi proqramlar icra edilmiş, investisiya layihələri həyata keçirilmişdir. Bütün bunlar ölkəmizdə yeni iş yerlərinin açılmasına səbəb olmuşdur». Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, respublikamızda yeni iş yerləri yaradılmaqla yanaşı, işçilərin hüquqlarının qorunması da diqqət mərkəzindədir. Onun sözlərinə görə,  Prezident İlham Əliyevin fərmanına əsasən Dövlət Əmək Müfəttişliyi Xidməti yaradılmaqla əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın statusu daha da artırılmışdır.

«Bu da əmək hüquqlarının təminatının ölkədə aparılan sosial siyasətin əsas komponentlərindən biri olduğunu göstərir. Xidmət əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlillərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə və əmək qanunvericiliyinin tələblərinə uyğun digər istiqamətlərdə dövlət nəzarətini həyata keçirir. Eyni zamanda əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxsləri İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, işəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərir»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv