YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: «Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında» qanun bu sahədə nizam-intizamı, bütövlükdə iş keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq

«Azərbaycanda bələdiyyələr inkişaf yolundadır». Bu fikri yap.org.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, hazırda bələdiyyələr ölkəmizin sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər. Onun sözlərinə görə, Azərbaycanda bələdiyyələr fəaliyyətə başladığı 1999-cu ildən etibarən böyük inkişaf yolu keçiblər.

«Yerli özünüidarəetmə orqanları ötən dövr ərzində böyük təcrübə qazanıblar. Məhz bunun nəticəsidir ki, bələdiyyələrimiz fəaliyyətlərində xeyli uğurlar əldə ediblər. Bu gün çox uğurlu sosial-iqtisadi layihələr həyata keçirən bələdiyyələrimiz var ki, onların bu işi əhali tərəfindən yüksək qarşılanır. Təbii ki, yerli özünüidarəetmə orqanları yerli məsələlərlə məşğul olduqları üçün onların işi insanlar tərəfindən daim diqqətlə izlənilir. Sevindirici haldır ki, bələdiyyələrlə əlaqədar mükəmməl qanunvericilik bazası da yaradılıb. Zərurət yarandıqca, bu sahə ilə bağlı qanunlar təkmilləşdirilir, yeni qanunlar qəbul olunur. Bu baxımdan, «Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında» yeni qanun da əhəmiyyətlidir. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi yerli özünüidarəetmə orqanlarında nizam-intizamı, bütövlükdə iş keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq»- deyə, komitə üzvü vurğulayıb.