YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çingiz Hüseynzadə: Möhtəşəm açılış mərasimi peşəkar komanda işinin nəticəsi idi

«Bir neçə gün əvvəl hamımız IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəm açılış mərasiminin şahidi olduq. Möhtəşəm açılış mərasimi peşəkar komanda işinin nəticəsi idi». Bu fikirləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə bildirib ki, Azərbaycan hər zaman  irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Onun sözlərinə görə, Avropa Oyunlarının standartları respublikamızda müəyyənləşib.

«Hazırda IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları parlaq qələbələr qazanır. İdmançılarımızın  mübarizə ruhu çox yüksəkdir. Yarışlar yüksək templə davam edir. İnanırıq ki, bundan sonra da idmançılarımız medallar qazanacaqlar»- deyə, Ç.Hüseynzadə qeyd edib.