YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaprak Eriş: Qələbəmi Azərbaycana həsr edirəm

Rəqiblərimə qalib gəldiyim üçün çox sevinirəm. Bunun üçün ailəmə, məşqçimə və mənə dəstək olan bütün hər kəsə, o cümlədən Azərbaycan xalqına minnətdarlığımı bildirirəm. Qələbə əldə etmək üçün çalışdım və buna nail oldum.

Bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında 57 kiloqram çəki dərəcəsində qadınlar arasında taekvando yarışlarının qalibi, təmsilçimiz Yaprak Eriş jurnalistlərə açıqlamasında bildirib.

“Çətin döyüşlərim olsa da qələbə əldə etdim, çünki bunun üçün çox çalışmışdım. Bütün rəqiblərimə qalib gələrək istəyimə nail oldum. Rəqiblərim də çox güclü idi. Buna baxmayaraq, var gücümlə döyüşdə iştirak etdim. Qələbəmi Azərbaycana həsr edirəm”, - deyə Y.Eriş bildirib.