YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsa Həbibbəyli: Azərbaycançılıq ideologiyası milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirir

«Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təşkil edir». Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

İ.Həbibbəyli bildirib ki, azərbaycançılıq ideologiyası milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirir. Onun sözlərinə görə, ölkəmizin milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Ulu öndər tərəfindən müəyyənləşdirilib.

«Prezident İlham Əliyev Ulu Öndərin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək Azərbaycanın güclü iqtisadiyyata, çevik diplomatiyaya, qüdrətli orduya malik ölkə kimi dünyada tanınmasına nail olub. Bu gün Azərbaycan iqtisadi modeli dünyanın bir çox dövlətləri tərəfindən öyrənilir. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın da Azərbaycanın dünyada xeyirxah missiyalı bir dövlət kimi tanınmasında əvəzsiz xidmətləri var»- deyə, komitə sədri vurğulayıb.