YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

R.S.Fonia: Bakı forumunda müşahidə etdiyimiz mənzərə ona artan maraqdan xəbər verir

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşları, burada təmsil olunan ölkələrin sayı, artıq dördüncü dəfə keçirilməsi ona artan maraqdan xəbər verir.

Bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Hindistan Arxeologiyası Dövlət Agentliyinin əlavə baş direktoru R.S.Fonia səsləndirib.

Bakı forumu barədə təəssüratlarını bölüşən müsahibimiz daha sonra deyib: “Forum çərçivəsində UNESCO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin üçüncü toplantısında maraqlı müzakirələr aparıldı. Ümumiyyətlə, bu forum dünyanın müxtəlif mədəniyyətlərini, o cümlədən İpək Yolu ölkələrini bir araya gətirir. Bu ölkələrin xalqları fərqli mədəniyyət və ənənələrə malikdir. Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda keçirilən Forum, habelə 2008-ci ildən irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü ölkələrin bir-birinə daha da yaxınlaşması, təcrübə mübadiləsi və əməkdaşlıq baxımından olduqca önəmlidir”.