YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir

«Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində qadınlara üstünlük verilməsi və digər məsələlər diqqət mərkəzində olub. Onun sözlərinə görə, Ümummilli lider həmişə qadınlara xüsusi diqqət və qayğı ilə yanaşıb, onların rolunu yüksək qiymətləndirib, qadınlarla bağlı problemləri diqqət mərkəzində saxlayıb.

«Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümumiyyətlə,  Azərbaycan qadınları bütün zamanlarda cəmiyyətin aparıcı qüvvəsi olub. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə bu məsələlər daha da aktualdır. Bu gün qadınlar dövlət strukturlarında, bələdiyyələrdə və digər strukturlarda fəal təmsil olunurlar. Prezident İlham Əliyevin siyasətində də gender bərabərliyi məsələləsi daim diqqət mərkəzindədir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.