YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Qadın sahibkarlığının inkişafı bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir göstərir

Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu baxımdan qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur.

Bu fikirləri Bakıda keçirilən “Qadın sahibkarlığının inkişafı: problemlər və perspektivlər” mövzusunda beynəlxalq konfransda Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov bildirib.

Baş nazirin müavini qeyd edib ki, qadınlar arasında sahibkarlığın inkişafı ümumilikdə cəmiyyətin inkişafına müsbət təsir göstərir. Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün lazımi şərait yaradılıb, əlverişli hüquqi baza mövcuddur. Ölkəmizdə qadınlar arasında sahibkarlığa meyillilik çoxalır. Təsadüfi deyil ki, son iki ildə Azərbaycanda sahibkar qadınların sayı iki dəfə artıb.